Xalq yazıçısı Mövlud Süleymanlının səhhəti barədə açıqlama verilib. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmmədin verdiyi məlumata əsasən, yazıçının sağlamlığında müsbət dinamika qeyd olunur.
"Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub”, – deyə o bildirib.
15 fevral tarixində Mövlud Süleymanlı insult keçirmiş və Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi.