Xarici nömrəli avtomobillərin sürücülərinə xəbərdarlıq edilib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycanda sərnişin və yük daşımaları həyata keçirən şəxslərə xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, ölkədə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir.
Sözügedən xətanı ilk dəfə törədən şəxslər 400 manat məbləğində, təkrar törədənlər isə 1000 manat məbləğində cərimə edilirlər.
“Belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş normalara ciddi riayət etsinlər”, – deyə xəbərdarlıqda bildirilir.