“Xocahəsən” metro stansiyasına rəis təyin edilib. Bu haqda 25 avqust tarixində Report məlumat verib.
“Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovun imzaladığı müvafiq əmrə əsasən, vəzifə Seyfulla Vəliyevə həvalə olunub.
Seyfulla Vəliyev bundan əvvəl “Nəriman Nərimanov” metro stansiyasının rəisi vəzifəsini icra edib.