Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra küçələr bağlanıb. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az dövlət qurumlarına istinadən xəbər verir.
Səhər saatlarından etibarən Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bununla bağlı 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrut avtobuslarının hərəkəti də müvəqqəti dəyişdirilərək alternativ küçələrə keçirilib.