Bakı - Salyan şossesinin 13 km-də müasir standartlara cavab verən yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Şıxovda yerləşən yanacaqdoldurma məntəqəsində 15 nəfər əməkdaş çalışır. Bundan əlavə, YDM-in ərazisində avtoyuma xidməti və market də fəaliyyət göstərir.
Yeni yaradılmış yanacaqdoldurma məntəqəsi “MSDİS Holding”ə məxsusdur.