top
Yüksək keyfiyyətli dizeli haradan almaq olar? - Cavab mətndə
26 avqust 2022, 07:00
- ↺ +

Yüksək keyfiyyətli dizeli haradan almaq olar? - Cavab mətndə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakuplus.az yüksək keyfiyyətli dizelin satışı ilə məşğul olan məntəqə haqda məlumat toplayıb.

Bildiyiniz kimi, respublika ərazisində satışda olan dizel yanacağı “Avro-4” standartındadır. Bu da yeni nəsil avtomobillərin mühərriklərinə mənfi təsir göstərir. Onların yanacaq sistemlərində problemlər ortaya çıxır. Belə şəraitdə işləyən mühərriklərin tam işçi həcmlərinə uyğun istismarı mümkünsüz olur. Minik və iritonnajlı yük maşınlarının sürücüləri aşırımlarda dartı qüvvəsinin (tyaqa) az olmasına görə çətinlik çəkirlər.

Son günlər müxtəlif forumlarda Azərbaycanda “Avro-5” standartına uyğun olan dizel yanacağının satışı məntəqəsinin mövcud olması müzakirə mövzusuna çevrilib.

Məlum olub ki, həqiqətən, bu cür yanacaq satan məntəqə var. Əməkdaşlarımız həmin yeri Sahil qəsəbəsinin kənarında aşkar ediblər. Yanacaqdoldurma məntəqəsi “Holcim” Qaradağ Sement zavodunun yaxınlığında yerləşir.

Ərazidə iri müəssisələr mövcuddur. Bir çoxunda isə yeni nəsil iritonnajlı yük maşınları istismar edilir. Buna görə orada fəaliyyət göstərən logistika şirkətlərindən biri özü yüksək keyfiyyətli dizelin istehsalına başlayıb. Məhsul bütün nəqliyyat vasitələri üçün standart qiymətə - 1 litri 0.80 manata satılır.

Məsələ ilə bağlı minik maşınlarının sürücülərinin fikirlərini öyrəndik. Onların sözlərinə görə, avtomobillərin yanacaq sərfiyyatı enib, mühərriklərdə titrəmə və səslər azalıb.

Bəzi maşın sahibləri isə dəyişikliklərin yaxşıya doğru olduğunu desələr də, fərqi gözəçarpan dərəcədə hiss etmədiklərini söyləyiblər.

Qeyd edək ki, Neft Emalı Zavodu bu ilin üçüncü rübündə Azərbaycanda “Avro-5” standartlarına uyğun dizelin istehsalına başlamağı planlaşdırır. Bununla da sözügedən yanacağın keyfiyyəti ilə bağlı yaşanan çətinliyin aradan qaldırılması gözlənilir.

[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/08/versiya-3-kvadrat01.mp4"][/video]

Son xəbərlər

Xəbər
Bu gün, 16:30

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü

Xəbər
Bu gün, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
Bu gün, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Bu gün, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Bu gün, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Oxşar xəbərlər