Bakı metrosunun şaxtalarındakı qrunt sular yaşıllıqların suvarılmasında istifadə ediləcək. Bu haqda bu gün, 12 aprel tarixində APA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimova istinadən məlumat verib.
“Artıq Nizami metrosunun şaxtalarında yaranan qrunt sularından həmin stansiyanın ətrafında olan yaşıllıqların suvarılması üçün istifadə edilir. Bu digər stansiyalarda da tətbiq ediləcək", - o deyib.