2022-ci il yanvarın 6-dan Bəhreyn Krallığının paytaxtı Manamadan Bakıya birbaşa uçuşlar bərpa olunacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Reyslər Bəhreynin Gulf Air şirkəti tərəfindən həftədə iki dəfə yerinə yetiriləcək.
Gulf Air-in baş direktoru Valid Əl Alavi bildirib ki, aviaşirkət 2018-ci ildən Bəhreyn və Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirir və bu reys Gulf Air şəbəkəsində ən populyar istiqamətlərdən birinə çevrilib.
COVID-19 pandemiyası səbəbindən Gulf Air hazırda pandemiyadan əvvəlki uçuşların 80%-dən bir qədər çoxunu həyata keçirir.