Yasamal rayon məhkəməsinin hakimi sədr vəzifəsinə təyinat alıb. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
2018-ci ildən Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışan 41 yaşlı Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsinə təyinat alıb.
G.Əkbərli Bakı şəhərində anadan olub. O, daha öncə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllim-prokuroru vəzifələrində çalışıb.