Yasamal rayonunda küçə ticarətinə qarşı reyd keçirilib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən reyd çərçivəsində səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb. Reydlər zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan bəzi vətəndaşlar məsuliyyətə cəlb olunublar.
Daha öncə adıçəkilən rayon sakinlərinin küçə ticarəti ilə bağlı şikayətləri səsləndirilmişdi.
[caption id="attachment_106204" align="alignnone" width="640"]
Yasamalda küçə ticarətinin qarşısı alınıb[/caption]