Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən 200 manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Bakuplus.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Soltanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.