Yasamal rayonundakı partlayışda xəsarət alan şəxs haqda məlumat verilib. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
28 yaşlı gənc oğlan döş və belin küt travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Ona zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bu gün saat 03:58 radələrində rayonun İnşaatçılar prospekti, 11B ünvanında yerləşən qazanxanada partlayış baş verib.