Bakının Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yolda təmir işləri aparılır. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Təmir işləri gecə saatlarından başlayıb. Ərazidə asfalt örtüyü yenilənir.
Aparılan işlərə bağlı Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.