Uşaq bağçasında qanun pozuntularına görə cinayət işi açılıb. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 184 saylı uşaq bağçasında qeydə alınıb. Müəssisənin vəzifəli şəxsləri 112 nəfər uşağın adlarını məlumat bazasına qeyd etməyərək onların ərzaq məhsullarını məxaric ediblər. Bundan əlavə, həmin şəxslər vəzifələrindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməkdə ittiham olunurlar.
Faktla bağlı araşdırmalar davam edir.