Yasamalda intihar edən gənc qız barədə təfərrüatlar açıqlanıb. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
21 yaşlı Zərifə Məmmədzadə Ağsudan Bakıya işləmək üçün gəlmişdi. O, Bakıda yerləşən 80 nömrəli məktəbin məzunudur və Bakı Biznes və Kooperasiya Kollecini bitirib.
Zərifə qardaşı və anası ilə birgə yaşayıb. Anasına çox bağlı olduğu bildirilən gənc qız ölümündən bir gün əvvəl axşam saatlarında ailəsi ilə danışıb və rəfiqəsinin evində qalması üçün icazə alıb. O, rəfiqəsi ilə birgə gözəllik salonunda çalışırdı.