Bakıda yataqxanada tələbə yoldaşını öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 17 yaşlı Rəşad Muxtarov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2023-cü ilin fevral ayında baş vermişdi. R.Muxtarov 22 yaşlı Əliəkbər Mərəyevi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında bıçaqlayaraq öldürmüşdü.