top
Yaz allergiyalarının qarşısını necə almaq olar? - ALLERQOLOQDAN ÖZƏL AÇIQLAMA
25 aprel 2025, 04:17
- ↺ +

Yaz allergiyalarının qarşısını necə almaq olar? - ALLERQOLOQDAN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Bu fəsildə təbiətin oyanması ilə birlikdə allergiyalar da “oyanır”. Əsasən də polen (tozcuq) allergiyası olan insanlar daha çox əziyyət çəkir.

Mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır.

Bəs, görəsən, bunun qarşısını almaq üçün nələr etmək lazımdır?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən həkim-allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, allergiyalar iki kateqoriyaya bölünür:

“Uşaqlarda və böyüklərdə fərqi yoxdur. Birinci kateqoriya - allergik dermatozlar - əsasən dəri səpkiləri ilə özünü büruzə verir. Respirator allergiya isə tənəffüs yollarının zədələnməsi ilə müşahidə olunur. Eyni zamanda bronxial astma da yarada bilir.

Yaz aylarında bitki tozcuqları deyilən pollenlərin əmələ gəlməsi ilə fevralın axırı - martın əvvəlindən allergik reaksiyalar yaranmağa başlayır. Pollenlərin tərkibində xüsusi zülallar var. Bu zülallar tənəffüs yolları və ya dəriyə toxunduqda allergik xəstələrdə allergiyaların kəskinləşməsinə səbəb olur. Ona görə bu xəstələr yaz və payız aylarında allerqoloqa müraciət etməlidirlər”.

Allerqoloq qeyd edib ki, qida faktorlarının böyük rolu var:

“Allergiyası olan insanlar, o cümlədən uşaqlarda 3 aylığından atopik dermatit sifətdə səpkilər ilə başlayır. 3 yaşından sonra allergik rinitə asqırmalar da qoşulursa, gələcəkdə ağır fəsadlara - astmaya bənzər xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər.

Allergik xəstəliklərdə irsiyyətin böyük rolu var. Əgər valideynlərdən birində allergiya varsa, uşaqların bəzilərində müşahidə olunmalıdır. Yox, hər iki valideyndə allergiya varsa, belə uşaqların gələcəyi daha təhlükəlidir. Gələcəkdə həmin atopik dermatit dediyimiz səpkilərə allergik rinit də əlavə olunaraq astmaya çevriləcək. Ona görə də belə uşaqlar zamanında müayinə, poliklinikada allerqoloqların nəzarətində olmalıdır. Kəskinləşmə dövründə isə adekvat müalicələrini almalıdır.

Qida faktorlarının böyük rolu var. Təbii ki, sitrus meyvələri, çərəzlər allergik reaksiyalar yarada bilir. Rusiya alimləri pomidor, acı istiot və bir sıra başqa qidaları da bu siyahıya əlavə edirlər. Lakin Qərbi Avropa alimləri ilkin olaraq çərəzləri allergen kimi götürürlər”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Bu gün, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Bu gün, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Bu gün, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Oxşar xəbərlər