top
Beş dəfə evlənən,  ölümünə həkimlərin bais olduğu aktyorumuzun doğum günüdür
12 iyun 2026, 11:08
- ↺ +

Beş dəfə evlənən, ölümünə həkimlərin bais olduğu aktyorumuzun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

12 iyun görkəmli teatr və kino aktyoru, Xalq artisti Hacıbaba Bağırovun doğum günüdür. O, 1932-ci ildə Bakı şəhərində anadan olub.

Hacıbaba Bağırovun atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. 

Müstəqil yaradıcılıq fəaliyyətinə 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında başlayan Hacıbaba Bağırov 1960-cı ildə Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub, 1962-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Hacıbaba Bağırov 1989–1996-cı illərdə özünün təşkil etdiyi Bakı Tənqid-Təbliğ Teatrının bədii rəhbəri işləyib, 1996-cı ildən taleyini yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlayaraq, burada bədii rəhbər və direktor vəzifəsini tutub. 
Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri var. 
Hacıbaba Bağırovun mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, müxtəlif fəxri ad və mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib. 

Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. O, 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.
Digər maraqlı məqam ondan ibarətdir ki, sənətkar 5 dəfə rəsmi nikahda olub və bu nikahların üçündən övladı dünyaya gəlib. 
 Sənətkarın sonuncu evliliyi özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən Şölə adlı qızı doğulub.

Hacıbaba Bağırov ömrünün dörd-beş ilini dəmir barmaqlıqlar arasında keçirib. Sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. 

Hacıbaba Bağırov uzun illər dostluq etdiyi Siyavuş Aslanla sonradan küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Hacıbaba Bağırov direktor, Siyavuş Aslanın bədii rəhbər təyin olunması münasibətləri gərginləşdirib. Siyavuş Aslan küsərək Akademik Milli Dram Teatrına gedib. Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstəriblər. Burada qismən də olsa barışıblar.

Görkəmli sənətkar 2006-cı il oktyabrın 4-də, 74 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Xəbər
Bu gün, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Bu gün, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Bu gün, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Bu gün, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Bu gün, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Bu gün, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Bu gün, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Bu gün, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Bu gün, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Oxşar xəbərlər