top
Bakı sakinləri təşvişdə: Yayılan bu sirli həşərat nədir?
13 iyun 2026, 14:30
- ↺ +

Bakı sakinləri təşvişdə: Yayılan bu sirli həşərat nədir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər Bakıda qəribə bir həşərat yayılıb. Dişlədikdən sonra həmin yer şişir, güclü qaşınma yaradır və daha sonra bədəndə allergik reaksiyalar əmələ gəlir. Belə hal özəlliklə, uşaqlarda müşahidə olunur. Bunun uçan qarışqa və ya birə olduğunu deyənlər var. Hətta iddialara görə, xəstəxanalara xeyli müraciətlər də daxil olub.

Bu həşərat nədir? Hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu əlamətləri konkret olaraq hər hansı bir həşərat növünə aid etmək mümkün deyil:

"Çünki təsvir edilən əlamətlərə uyğun gələn bir neçə həşərat növü var. Məsələn, qansorucu həşəratlar arasında ağcaqanadların çoxsaylı növləri var və söhbət onların birindən gedə bilər. Həmçinin xırda sancan qum milçəklərinin də bu reaksiyalara səbəb olması mümkündür. Bitki bitləri və qanadlı qarışqalar adətən insanı dişləmədiyi üçün bu ehtimallar inandırıcı deyil. Birələr isə uyğun variantlardan biridir. Onlar əsasən evlərə həyət heyvanları vasitəsilə yayılır. Taxtabitləri də ehtimal olunan növlər sırasındadır, lakin onlar uçmur, yalnız sıçrayır. Fikrimcə, müşahidə olunan güclü qaşınma, iri şişkinliklər və uşaqlarda daha ağır allergik reaksiyalar daha çox xırda sancan milçəklərin yaratdığı təsirlərə bənzəyir. Uşaqlarda bu reaksiyaların daha kəskin olması onların dərisinin və immun sisteminin nisbətən həssas olması ilə bağlıdır".

Ekoloq bildirib ki, iqlim dəyişikliyi də həşəratların yayılmasına ciddi təsir göstərir:

"İsti havaların daha erkən başlaması, gecələrin isti keçməsi, yağıntılardan sonra yaranan durğun sular ağcaqanadlar və digər qansorucu həşəratlar üçün əlverişli çoxalma şəraiti yaradır. Son illərdə dünyanın bir çox şəhərlərində, o cümlədən Qafqaz regionunda həşəratların aktivlik dövrünün uzandığı, əvvəllər müşahidə olunmayan bəzi növlərin isə yeni ərazilərə yayıldığı qeydə alınır. Temperatur və rütubətin artmasının qansorucu həşəratların populyasiyasını artırdığı barədə mütəxəssis xəbərdarlıqları da var".

C.Bəxtiyarın sözlərinə görə, problemin qarşısının alınması üçün dövlət səviyyəsində kompleks tədbirlərin görülməsi vacibdir:

"Şəhər üzrə müntəzəm dezinfeksiya proqramları həyata keçirilməli, kanalizasiya kollektorları və su hövzələri nəzarətdə saxlanılmalıdır. Yağıntılardan sonra suyun toplandığı ərazilər vaxtında qurudulmalı və durğun suların qalmasına imkan verilməməlidir. Əks halda həmin ərazilərdə həşəratların çoxalması qaçılmaz olur. Həşərat növlərinin monitorinqi və laborator şəraitdə müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Yeni invaziv növlərin vaxtında aşkarlanması üçün ekoloji nəzarət gücləndirilməli, mütəmadi monitorinqlər aparılmalıdır. Əhalinin maarifləndirilməsi istiqamətində kampaniyaların keçirilməsi də vacib tədbirlərdəndir".

Son xəbərlər

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Oxşar xəbərlər