Tanınmış yazıçı Həmid Herisçinin durumu haqda məlumat verilib. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
64 yaşlı Azərbaycan yazıçısı, şair, publisist və aparıcının müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.
TƏBİB-nin verdiyi məlumata əsasən, onun vəziyyəti qənaətbəxşdir və bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.