Ötən gün, 26 yanvar tarixində yazıçı-jurnalist Həmid Herisçi ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
64 yaşlı mədəniyyət xadiminin qızılcaya yoluxduğu bildirilir.
“Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq”, - Herisçinin həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkədə yazıb.
TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.
Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.