Suraxanı rayonunda binanın lifti tez-tez sıradan çıxır. Bu haqda 30 iyun tarixində Bakuplus.az Xəzərxəbər-ə istinadən xəbər verir.
Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən doqquzmərtəbəli binanın lifti işləmir. Onun tez-tez xarab olması sakinlərə problem yaradır.
Sakinlər bildirirlər ki, 34 ilin liftinin işləməməsinə səbəb onun istismar müddətinin bitməsidir. Binada əlilliyi olan 10-a yaxın şəxs yaşayır və liftin işləməməsi ən çox onlara çətinlik yaradır.
Bakı Şəhər İcra Hakimiyyətinin Lift-təmir İstehsalat Birliyi liftə baxış keçirib. Məlum olub ki, lift normadan artıq yükləndiyi üçün, mühərrik sıradan çıxıb. Bir neçə gün öncə sakinlər tərəfindən ağır tikinti materiallarının lift vasitəsilə daşınması liftin xarab olmasına səbəb olub.
Lift-təmir İstehsalat Birliyindən bildirilib ki, həmin ərazidə olan istismar müddəti bitmiş liftlərin yaxın zamanda dəyişilməsi nəzərdə tutulur.