Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 1 kiloqrama yaxın narkotik aşkarlanaraq götürülüb.
Onlardan ikisi, əvvəllər məhkum olunmuşlar – T.Səfərli və Ö.Hacıəhmədovun qəsəbə ərazisində yerləşən evlərdən kondisioner oğurladıqları da müəyyən edilib.