Bakıda yerləşən “Yeni Klinika”ya yeni rəhbər təyin olunub. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Anestezioloq Cavid Paşayev tibb müəssisəsində baş hakim vəzifəsini icra edəcək.
C.Paşayev Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri və baş həkimin müavini vəzifəsində çalışıb. O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 17 ildir əmək fəaliyyəti ilə məşğuldur.
[caption id="attachment_52631" align="alignnone" width="800"]
Foto TƏBİB-in Facebook səhifəsi[/caption]