Gələn ilin əvvəlindən Xəzər dənizi ilə həmsərhəd olan beş ölkədə (Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan və Rusiya) dairəvi kruiz marşrutu açıla bilər. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Kazinform-a istinadən məlumat verir.
Hazırda ölkələr müvafiq işlər görür və əsas məsələləri həll edirlər.
Belə ki, Həştərxanda həmin marşrut üçün “Rus Velikaya” kruiz layneri tikilir.
Gəmi Həştərxandan Aktauya, Aktaudan Türkmənistanın “Avaza” milli turizm zonasına, oradan İranın Əmirabad şəhərinə, oradan isə Bakı və Mahaçqalaya yola düşəcək.