Bakıda iki kino ittifaqı birləşdirilib. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
“Aktyor Evi”ndə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib. Burada hər iki kino ittifaqının birləşməsinə qərar verilib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Daha sonra yeni yaradılan quruma sədr seçilib. Bu vəzifə Rasim Balayevə həvalə olunub. Xalq artisti çıxışında Şəfiqə Məmmədovanın namizədliyini geri götürəcəyini gözləmədiyini deyib və ona etimad göstərənlərə təşəkkürünü bildirib.