“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu ötən ilin statistikasını paylaşıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) istinadən xəbər verir.
Belə ki, 2022-ci il ərzində adıçəkilən zavodda 33 müxtəlif tipli gəmi təmir olunub. Onlardan 13-ü əsaslı təmir olunub.
Gəmilərdən 26-sı ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 5-i Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.