Bakı Ağır Cinayətlər Məhkəməsində özünü vəzifəli şəxs kimi təqdim edən şəxsə hökm oxunub. Bu haqda bu gün, 27 yanvar tarixində Report məlumat verib.
Bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhd edən və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Kərimli 5 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, təqsirləndirilən şəxs Aygün Mirzəyevaya qarşı 35 min, Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.