Bakıda daha bir gəmi-bərə əsaslı təmir olunub. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) istinadən xəbər verir.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunan “Merkuri 1” gəmi-bərəsi istifadəyə verilib. Yenidənqurma işləri çərçivəsində su nəqliyyatında 3 ədəd köməkçi mühərrikdən 2-si yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexanizimlərinin (nasoslar, separator, kompressor) təmiri aparılıb.
Bundan əlavə, su nəqliyyatına yeni tip rabitə terminalı, mobil ultraqısadalğalı radiostansiya, dərinlik ölçən exolot, stasionar UQD radiostansiya üçün antenna, 1 ədəd elektron xəritə, radiolokasiya stansiyası və girokompas quraşdırılıb.
Sınaqlardan sonra gəmi istismara qaytarılıb.