Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalını ziyarət edib. Bu haqda bu gün, 31 dekabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Ziyarət zamanı öncə ümummilli Lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra Zakir Həsənov rəhbərlik heyəti müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını və xidmətlərini davam etdirmək üçün hərbi hissələrinə qayıtmalarını arzulayıb.
Həmçinin nazir tibb personalı ilə də görüşüb və onlarla maraqlanıb. Ən sonda hospitalın əməkdaş və xəstələrinə hədiyyələr təqdim olunub.
[URIS id=85481]