top
Zaur Baxşəliyev efirdəki çıxışına görə məhkəməlik oldu
15 oktyabr 2025, 09:38
- ↺ +

Zaur Baxşəliyev efirdəki çıxışına görə məhkəməlik oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış teleaparıcı Zaur Baxşəliyev məhkəməlik olub.

Teleqraf.az xəbər verir ki, onunla bağlı xüsusi ittiham qaydasında şikayətə Səbail Rayon Məhkəməsində baxılıb.

Aparıcının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün məhkəməyə müraciət edən "Bizimləsən" verilişində adı çəkilən Nərman Rəhimov olub.

Nərman şikayətində bildirib ki, Zaur Baxşəliyev onun şəxsiyyətini keçmiş arvadının iddiaları əsasında efirdə alçaldıb, barəsində "Nərman gedib Rusiyaya, 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var" cümləsini işlədib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Baxşəliyev bildirib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil:

"Rəhimov Nərman özü bizim verilişə gələrək ona "stop" qoyulduğunu bildirərək köməklik göstərməsini xahiş etdi, biz də onu dəvət etdik. Mən efirdə vasitəsiz nitqi tətbiq edirəm. Mən nə Sədaqət xanımı, nə də Rəhimov Nərmanı tanımışam. Evdə uşağın olmasını demək böhtan sayılmır. Mən əlimdə olan rəsmi sənədlər əsasında bu məsələni səsləndirmişəm. Deyilən ifadələr vasitəsiz nitqlərdir. İfadələrimə diqqət etsəniz, Rəhimov Nərmanın dedikləri və rəsmi sənədlər əsasında mən fikirləri səsləndirmişəm. Verilişdə iştirak edən hüquqşünas təqdim olunmuş sənədlər ilə tanış olduqdan sonra həmin rəsmi sənədlərdə göstərilən halları bildirib. Qarşı tərəfə təhqir və ya böhtan olaraq heç bir söz işlətməmişəm və bunları nəzərə alıb bəraət verilməsini məhkəmədən xahiş edirəm".

Məhkəmə iclasında "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "Bizimləsən" verilişinin audiovideo görüntülərinə cinayət prosesi tərəflərinin iştirakları ilə birlikdə baxış keçirilib. Baxış zamanı video görüntülərdə aşağıdakı ifadələr öz əksini tapıb:

"Hal-hazırda studiyamıza gələn şəxs 16 ildən sonra öyrənir ki, aliment ödəməli olduğu uşaq onun doğma uşağı deyil, DNT analizlərinin nəticəsi uşağın başqa bir insanın uşağı olduğunu deyir, əlində sübutları var. 2 ildən sonra evinə döndüyündə evində uşaq görür, bu kimin uşağıdır soruşur, "səninkidir" deyirlər. Bunların hamısını studiyamıza gələn şəxs (Rəhimov Nərman) deyir. Bu həqiqətdirmi, yoxsa yox gəlsin studiyamıza öyrənək".

Növbəti görüntüdə isə "Gedib Rusiyaya gəlib görüb ki, evində bir uşaq var. Bunun işi lap deyiləsi deyil" – ifadələri yer alıb.

Məhkəmə heyəti görüntülərlə tanış olduqdan sonra burada cinayət tərkibi olmadığı qənaətinə gəlib və Zaur Baxşəliyevə bəraət verib.

Son xəbərlər

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Oxşar xəbərlər