3 yanvar saat 11:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət yenə məhdudlaşdırılacaq. Bu haqda Azəravtoyolun mətbuat xidməti məlumat yayıb.
Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən sonuncu tunelə giriş bağlanacaq.
Səbəb olaraq ərazidə aparılan işıqlandırma sistemlərinin təmiri göstərilir.
Bundan əvvəl ötən gün, 2 yanvar tarixində eyni istiqamətdəki yolun 1-ci tunelində hərəkətə məhdudiyyət qoyulmuşdur.