Paytaxtın Ziya Bünyadov prospektində quraşdırılan kamera sürücülərə elektron cərimələr verməyə başlayıb. Bu haqda bu gün, 19 dekabr tarixində Avtosfer məlumat verir.
Əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.11-ci xəttin tələbini pozaraq göstərilən prospektin sağ tərəfindən hərəkət edən sürücülər yolun hərəkət hissəsinin sol tərəfinə keçirlər. Bu səhvə yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə olunurlar.
Verilən məlumata görə, zolağı sola dəyişmək istəyən sürücülər 1.11 xəttinin qırıq olan hissəsindən sola yerdəyişmə edə bilərlər.