Bakının Xəzər rayonunda üçmərtəbəli ev yanıb. Bu haqda 18 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 100 kv.m) olan mansard tipli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, evin qalan hissəsi alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.