Bakının Xəzər rayonu, Mərdəkən qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
33 yaşlı Şimral Mirzəyev yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.