Xəzər rayonunda evlərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində baş verib. Vüsal Məmmədli evlərin birindən 10.000 AZN dəyərinə qızıl-zinət əşyaları və 18 ədəd viski oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Araşdırma zamanı onun 7 evdən oğurluq etdiyi və Buzovna qəsəbəsində yerləşən mağazaya satdığı məlum olub.
Şübhəli şəxs son oğurluğu zamanı qoyduğu ayaq izindən tapılıb.
Faktla bağlı araşdırmalar davam edir.