Bakının Parlament prospektinin Hüseyn Cavid prospekti ilə kəsişməsində dekabrın 18-də axşam saatlarında yol qəzası baş verib. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az məlumat verir.
Parlament prospekti ilə hərəkət edən “Toyota Prius” markalı avtomobilin sürücüsü “Lada Priora” markalı avtomobilə yol verməyərək qəza törədib.
Hadisə zamanı xəsarət alan olmayıb, hər iki avtomobilə maddi ziyan dəyib.