Xəzər Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Əşrəf İmanzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonunda yerləşən nömrəsiz fərdi yaşayış evində hamilə həyat yoldaşına qarşı zorakı hərəkətlər törədib.
İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşının xalasının onlara gəlməsini bəhanə edərək zərərçəkmiş şəxsi söyüb. Daha sonra dəmir qapı açarını mətbəxdə qaz sobasının üzərində qızdırıb. Zərərçəkmiş şəxsin qışqırıq səsinin eşidilməməsi üçün əlləri ilə onun ağzını tutub, həmin açarla onun sağ əlinin üst nahiyələrini qəsdən yandırıb.
Bundan başqa, Əşrəf müxtəlif vaxtlarda evin natəmiz saxlanmasını bəhanə edərək zorakı hərəkətlərini davam etdirib. O, zərərçəkmiş şəxsi yenidən təhqir edərək yumruq və təpik zərbələri ilə döyüb.
Məhkəmənin hökmü o, 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ad şərti idi.