Yasamal rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.
Bu barədə Bakuplus.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat veriblər.
Bildirilib ki, çağırış ünvanında 1991-ci il təvəllüdlü, 40 həftəlik hamilə olan qadının 5-ci doğuşu təcili tibbi yardım briqadasının nəzarəti altında baş tutub.
Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.
Briqada tərəfindən ana və yenidoğulmuşa (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Körpənin çəkisi 3 kq 300 qram, boyu 51 sm-dir.
Ana və yenidoğulmuşun vəziyyəti qənaətbəxş qiymətləndirilir.