top
Bu gün Xalq rəssamı İsmayıl Axundovun anım günüdür
12 sentyabr 2024, 22:40
- ↺ +

Bu gün Xalq rəssamı İsmayıl Axundovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olub.

O, 1928-ci ildə Bakı Rəssamlıq Məktəbini bitirib, sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə oranı qurtararaq təyinatla Bakıya göndərilib və “Azərnəşr”də rəssam işləyib.

Axundov teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil İsgəndərovdan dəvət alıb və Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasında geyim eskizlərini çəkib. Bu teatrda Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Cabbar Məcnunbəyovun “Yanar dərə”, Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “1905-ci ildə”, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” əsərlərinin tamaşalarında geyim rəssamı olub. Bundan sonra Balzakın “Ögey ana”, Mehdi Hüseynin “Şöhrət”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Ostrovskinin “Tufan”, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” və başqa əsərlərin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş Axundov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnəyə qoyulan əsərlərə də tərtibatlar işləyib.

Axundov uzun müddət “Molla Nəsrəddin”, “Kirpi” satirik jurnalında işləyib. O, qrafika, karikatura və plakat janrları ilə məşğul olub. Rəssam M.Ə.Sabirin “Hophopnamə”, N.Gəncəvinin “İsgəndərnamə” və “Molla Nəsrəddin lətifələri” əsərlərinə illüstrasiyalar yaradıb.

Axundov 1937-1940-cı illərdə Azərbaycan Rəssamlıq Məktəbinin direktoru, 1940-1944  və 1947-1952-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının ilk sədri vəzifəsində çalışıb. O, Nizami Gəncəvi adına olan Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradıcılarından biri olub və orada 1940-1969-cu illərdə direktor və baş rəssam kimi işləyib.

Rəssam Əməkdar incəsənət xadimi, Xalq rəssamı kimi fəxri adlara, SSRİ dövlət mükafatına layiq görülüb.

İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Polşanın Krakov şəhərində vəfat edib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Bu gün, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Bu gün, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Bu gün, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Bu gün, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Bu gün, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Bu gün, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Bu gün, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Bu gün, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
Dünən, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
Dünən, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
Dünən, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
Dünən, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
Dünən, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Dünən, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Dünən, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Dünən, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Dünən, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Dünən, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Dünən, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Oxşar xəbərlər