Bakıda sağlam həyat tərzinin təbliği məqsədilə “Yoqa meditasiya” dərsi keçiriləcək. Bu haqda 5 oktyabr tarixində Bakuplus.az xəbər verir.
“Yoqa meditasiya” dərsi 7 oktyabr saat 12:00-da Binəqədi Gənclər Evində baş tutacaq. Giriş sərbəstdir.
Yoqa insana diqqətini toplamaqda, sinir sistemini sakitləşdirməkdə və ağrıların aradan qalxmasında yardım edir. Meditasiya bir çox fərqli mədəniyyətlərdə və dində həyata keçirilən mənəvi təmizlənmə texnikasıdır. Şərq mədəniyyətində meditasiya qədim və zehn açıcı bir texnika olaraq qəbul edilir.