top
Həftəlik bürclər 24 İYUL - 30 İYUL
23 iyul 2023, 10:00
- +

Həftəlik bürclər 24 İYUL - 30 İYUL

QOÇ bürcü


Bu həftə istirahət etmək istəyinizə baxmayaraq, yığılıb qalmış işlərin öhdəsindən gəlməli olacaqsınız. Nə vaxtsa kiməsə verdiyiniz köhnə borcunuzu geri ala bilərsiniz: bu pulları şopinqə, istirahətə sərf etsəniz, daha yaxşı olar. Yaxın dostunuzun nişan xəbərini ala bilərsiniz. Hamının bir yarı var, siz nəyi gözləyirsiniz? Evdə qalıb, hamıya mız edən qızlar, bəxtiniz açılacaq: qapınıza elçi gələcəklər. Talibinizə lap “yox” desəniz belə, o sizi qaçıracaq. Uğurlu günləriniz 24, 29 iyul, uğursuz gününüz isə 26 iyuldur.

BUĞA bürcü


Bu həftə çoxdandır həll etmək istədiyiniz işlərinizi bitirməyə və ya borclarınızı qaytarmağa çalışın: bunu etsəniz, həyatda yeni bir mərhələyə başlaya bilərsiniz. Həyat sizinlə bir oyun oynayır, sizi sınayır: bu sınağı qəbul edib, öhdəsindən gəlsəniz, inanın, bəxt ömrünüzün sonuna kimi sizinlə olacaq. Bir insanın qəlbinə dəymisiniz: qürurunuzdan keçib ondan üzr istəməlisiniz, yoxsa o insan birdəfəlik sizdən uzaqlaşacaq. Uğurlu günləriniz 26, 28 iyul, uğursuz gününüz isə 24 iyuldur.

ƏKİZLƏR bürcü


Bu həftə yeni maraqlı tanışlıqlar və şəxsi münasibətlərin qurulması üçün əlverişli olacaq. Bürcün subay nümayəndələri, sizin bəxtinizi bağlayan kəslər var: necə deyərlər, qonşu qonşu olsa, kor qız ərə gedər. Ola bilsin ki, qonşuluqda və ya məhəllənizdə sizi sevən biri var, lakin siz ona yox demisiniz deyə o, haqqınızda şayiələr yayır. Həftəsonu lotereyada bəxtiniz gətirə bilər. Bu, belə olsa, sizi illərdir axtarmayan qohumların zənglərini gözləyin. Uğurlu günləriniz 24, 29 iyul, uğursuz gününüz isə 27 iyuldur.

XƏRÇƏNG bürcü


Bu həftə tale sizin üzünüzə güləcək: işləriniz yağ kimi gedəcək, hətta daha çox işə düzəlmək şansınız olacaq. İllərdir toz basmış xarici pasportunuzu çıxarın: çamadanınızı yığın və uzunmüddətli xarici səfərə hazır olun. Həftəiçi oğrular sizi təqib edəcəklər: pulqabınızdan və ya dəyərli əşyalarınızdan muğayat olun. Həftəsonu sevgilinizdən şad xəbər alacaqsınız: bu xəbər sizin həyatınızı 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 27, 30 iyul, uğursuz gününüz isə 25 iyuldur.

ŞİR bürcü


Uzaqda yaşayan köhnə dostlardan xoş xəbər aa bilərsiniz, ancaq bu həftə səfərə çıxmaq məsləhət görülmür: sizin həyatınıza mənfi təsir göstərəcək hadisələr baş verə bilər. Sevgilinizlə bağlı gözlənilməz xərclərə hazır olun: ola bilsin, onun xətrinə dəyəcəksiniz və günahınızı “yumaq” üçün pul kisənizi boşaltmaq lazım olacaq. Həftəsonu Şirlər darıxmayacaqlar: hadisələr inanılmaz sürətlə dəyişəcək. Gəzərkən başınıza bir çanta pul düşsə, təəccüblənməyin: yaxın zamanda pulun içində üzəcəksiniz. Uğurlu günləriniz 24, 29 iyul, uğursuz gününüz isə 28 iyuldur.

QIZ bürcü


Qız bürcünün tənha nümayəndələri, nəhayət, sevgi sizin də qapınızı döyəcək: bir yastıqda qarıyacağınız insanla qarşılaşacaqsınız. Bu görüş dava ilə başlayıb, böyük sevgi hekayəsi ilə sonlanacaq. Qəpiyə güllə vuranlar, gələn ay çoxlu pul qazanacaqsınız: sanballı maaşı olan işə düzəlmək şansınız olacaq. Sizə “qardaşım”, “bacım” dəyənlərin əsl üzünü görmək imkanınız olacaq: nəhayət ki, maskalar çıxarılacaq. Evli olanlar, diqqətli olun: üçüncü şəxs həyatınıza girib, aranızı vura bilər. Uğurlu günləriniz 27, 30 iyul, uğursuz gününüz isə 24 iyuldur.

TƏRƏZİ bürcü


Bu həftə heç bir halda planlaşdırdığınız işlərdən kənara çıxmaq, öz gücünə və qabiliyyətinə şübhə etmək olmaz: əks halda uğur sizi tərk edəcək. Sevgi çox qəfil və xəbərdarlıq etmədən həyata daxil olur: çöldə və ya qonaqlıqda olarkən gələcək sevgilinizlə tanış olacaqsınız. Sevgi hekayəniz dillərə düşəcək və əbədi olacaq. Evli olan Tərəzi, bəlkə boş yerə ikinci yarınızı qısqanmayasınız? Sizin inamsızlığınız ayrılıqla nəticələnə bilər. Uğurlu günləriniz 24, 25 iyul, uğursuz gününüz isə 26 iyuldur.

ƏQRƏB bürcü


Əqrəblər, bu həftə diqqətli olun: ayağınızın altını qazanlar çox olacaq. Siz uğurlu bir işə imza atacaqsınız, lakin bununla düşmənlər qazanacaqsınız. Onlar qısqanclıqdan əllərindən gələn hər şeyi edəcəklər ki, sizə ziyan vursunlar. Xarici dil öyrənməyə başlayan: yaxın zamanda digər ölkəyə səfər etməyə və ya birdəfəlik orada yaşamağa hazır olmalısınız. Həftəsonu fırıldaqçıların toruna düşə bilərsiniz: tanımadığınız insanlarla iş birliyi qurmayın. Uğurlu günləriniz 26, 29 iyul, uğursuz gününüz isə 30 iyuldur.

OXATAN bürcü


Bu həftə ulduzlar sevgililəri sınağa çəkəcək: qarşı tərəfin həyatına bir nəfər daxil olacaq və bu barədə sizin xəbəriniz olacaq. Həmin insan ikinci yarınızı “yoldan çıxarmağa” çalışacaq: sevdiyiniz kəs onun toruna düşməsə, ona həyatınızın sonuna qədər güvənə bilərsiniz. Cümə axşamından sonra əliniz pulla oynayacaq: gözləmədiyiniz yerdən gəlir qazanacaqsınız. Lakin plansız xərclər etsəniz, ayın sonuna kimi “sürünəcəksiniz”. Uğurlu günləriniz 27, 30 iyul, uğursuz gününüz isə 25 iyuldur.

OĞLAQ bürcü


Ulduzlar Oğlaqlara işdə yeni ideyalar təklif etməkdən çəkinməməyi, təşəbbüsü ələ almağı tövsiyə edir: sizin fikirləriniz müdiriyyət tərəfindən dəyərləndiriləcək. Maaşınızdan narazısınız? O zaman bu həftə çəkinmədən artım istəyin: inanın, “yox” cavabı almayacaqsınız. Bu günlərdə iki mühüm seçim arasında qalacaqsınız: səhv seçim sizi uçuruma aparacaq, doğrusu isə həyatınızı yaxşıya doğru dəyişməyinizə səbəb olacaq. Həftəsonu sinif və ya qrup yoldaşınızdan şad xəbər gözləyin. Uğurlu günləriniz 24, 29 iyul, uğursuz gününüz isə 28 iyuldur.

DOLÇA bürcü


Son zamanlar çox işləyirsiniz və bu, sizin sağlamlığınıza ziyan vura bilər. Ulduzlar tətilə çıxmağı tövsiyə edir: İtaliyaya, Yunanıstana və ya Fransaya bilet alın, bütün yorğunluğunuzu orada atın. İstirahət sizə enerji verəcək və işə yeni nəfəslə, yeni ideyalarla davam edəcəksiniz. İllər əvvəl bir nəfərin quyruğunu əzmisiniz, o, bunu unutmayıb və indi sizə zərbə vurmağa çalışacaq. Onu vaxtında aşkar etsəniz, qürurunuzdan keçib həmin insandan üzr istəsəniz, o, sizi bağışlayacaq və başınıza bəla gəlməyəcək. Uğurlu günləriniz 26, 27 iyul, uğursuz gününüz isə 29 iyuldur.

BALIQLAR bürcü


Çoxdandır planlaşdırdığınız bir iş varsa, mütləq bu həftə həyata keçirin: hər şey istədiyiniz kimi gedəcək. Bu dövr sürprizlərlə dolu olacağını vəd edir: bu, həm karyeranızı, həm də şəxsi həyatınızı əhatə edəcək. Yeni ideyalardan qorxmayın və vəziyyətdən asılı olmayaraq, təşəbbüsü əlinizdən buraxmayın. Mümkün qədər tez-tez əyləncəli və maraqlı olan yerlərdə, dostların əhatəsində olun. Qarşıda sizi yeni romantik macəra gözləyir: Fərhad və Şirin belə bu sevgi hekayəsinə paxıllıq edərdilər. Uğurlu günləriniz 25, 28 iyul, uğursuz gününüz isə 24 iyuldur.

Son xəbərlər

Xəbər
Bu gün, 17:25

Ötən gün 7 qanunsuz tüfəng müsadirə edildi

Xəbər
Bu gün, 16:07

Bakı və Abşeronda dronlarla təlim-məşq uçuşları keçiriləcək - RƏSMİ

Suraxanı
Bu gün, 15:12

Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Nizami
Bu gün, 14:42

Gecə 1-də sevgilisini döydü — Söyüşə görə...

Xəbər
Bu gün, 13:13

Sabah Bakıda 17 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:45

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Xəbər
Bu gün, 10:30

Dostları bayramda Azər Baxşəliyevi andılar

Xəbər
Bu gün, 09:46

Orxan Aslanovun evində yanğın: "Yığdığım hər şey yox oldu"

Xəbər
21 mart 2026, 21:00

23 - 29 mart tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
21 mart 2026, 17:08

"Sürətli yeriməyimə söz dedi" – Sevgilisini döydü

Xəbər
21 mart 2026, 15:24

Anasını kürəyindən bıçaqladı: "Bayrama görə 100 manat pul verəcəkdi, vermədi"

Xəbər
21 mart 2026, 14:01

Bazar günü Bakıda hava necə olacaq?

Xəbər
21 mart 2026, 12:08

Azərbaycan ayaqqabı istehsalını 36 % artırıb

Xəbər
21 mart 2026, 10:33

Arvadının başına pult vuran kişiyə 7 ay HƏBS

Xəbər
21 mart 2026, 09:46

Hövsanda bayram yasa çevrildi - Ər müəllimə arvadını öldürdü

Xəbər
20 mart 2026, 21:05

Prezident Novruz bayramı münasibətilə bağlı paylaşım edib

Aktual Xəbərlər
20 mart 2026, 17:10

Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Xəbər
20 mart 2026, 16:16

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olundu

Xəbər
20 mart 2026, 14:57

Röya Ayxan bayramı qocalar evində keçirdi

Xəbər
20 mart 2026, 12:10

Bakıda sabah hava dumanlı olacaq - PROQNOZ

Xəbər
20 mart 2026, 11:50

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Xəbər
20 mart 2026, 10:29

Bayram namazı qılındı

Xəbər
20 mart 2026, 09:09

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Cəmiyyət
20 mart 2026, 08:45

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Oxşar xəbərlər