top
Həftəlik bürclər 7 AVQUST - 13 AVQUST
06 avqust 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 7 AVQUST - 13 AVQUST

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Ulduzlar Qoçlara işdə bir az daha əzmkarlıq və zəhmətkeşlik göstərməyi tövsiyə edir: peşəkar karyerada yaxşı nəticələr əldə etmək şansı var. Amma şəxsi münasibətlərdə təzyiq xoş qarşılanmayacaq: həddindən artıq sərtlik və inadkarlıq göstərərək sevdiyiniz insanı incidə, özünüzdən uzaqlaşdıra bilərsiniz. Həftənin sonunda çox vacib bir iş görüşü gözlənilir: görüş sizin xeyrinizə bitsə, gələcəyiniz parlaq olacaq. Uğurlu günləriniz 3, 6 avqust, uğursuz gününüz isə 7 avqustdur.

BUĞA bürcü


Bu həftə pulları diqqətlə saymaq, böyük maliyyə əməliyyatlarından qaçmaq məsləhət görülür, çünki səhv etmək riskiniz var. Bürcün tənha nümayəndələri çılğın bir əks cins nümayəndəsi ilə qarşılaşacaqlar. Sürətlə inkişaf edən münasibətlərin evliliyə çatması sizin həmin şəxsin enerjisinə tab gətirib-gətirməyəcəyinizdən asılı olacaq. Həftəiçi həmkarlarınız sizi əsəbiləşdirəcəklər, hətta dava gözlənilir: çalışın, heç kimə fikir verməyin və “ilanların” sözlərinə əhəmiyyətsiz yanaşın. Uğurlu günləriniz 7, 9 avqust, uğursuz gününüz isə 12 avqustdur.

ƏKİZLƏR bürcü


Bu həftə yolda çox vaxt sərf etməli olacaqsınız, odur ki işgüzar səfərinizin faydalı və sürprizlər olmadan keçməsi üçün əvvəlcədən tədbir görün. Həftənin ikinci yarısı sevgi etirafı etmək və romantik görüşlər üçün doğru vaxtdır. Sinir sisteminin sağlamlığına da diqqət yetirin: vitaminlər qəbul edin, idmanla məşğul olun, meditasiya edin, sakitləşdirici çay için. Ulduzlar heç bir sirri yoxlanılmamış insanlara etibar etməyi tövsiyə etmir: xoşbəxtlik sakitliyi sevir. Uğurlu günləriniz 10, 11 avqust, uğursuz gününüz isə 13 avqustdur.

XƏRÇƏNG bürcü


Bu həftə səyahət, rəsmi görüşlər, sənədləşmə işləri, xırda məişət alış-verişi üçün uyğun vaxt deyil. Köhnə dostlar və ya tanışlarla görüş baş tutacaq: bəzi sirlər açılacaq və sizi şoka salacaq. Sağlamlıq baxımından irəliləyişlər olacaq: bu müddət ərzində bir çox xəstəliklərdən qurtula biləcəksiniz. Çərşənbə axşamından sonra bir neçə mənbədən pul qazana biləcəksiniz: yaxınlarınıza maddi yardım göstərməyə çalışın, ancaq vaxtında qaytarmayanlara borc verməmək məsləhət görülür. Uğurlu günləriniz 8, 13 avqust, uğursuz gününüz isə 9 avqustdur.

ŞİR bürcü


Bu həftə çoxlu sayda qonağın olması əhvalınızı poza bilər: evdə bir az vaxt keçirmək istəyəcəksiniz, amma qonaqlar buna imkan verməyəcəklər. Ortaq şəkildə bizneslə məşğul olanlar bu müddət ərzində bütün əvvəlki itkilərini bərpa etmək üçün lazımi yardım alacaqlar. Həftənin ikinci yarısında böyük maliyyə gəliri əldə edəcəksiniz, bunun sayəsində yeni ev və ya avtomobil almağı planlaşdıra bilərsiniz. Sevgiliniz aylardır sirr saxladığı bir məsələni sizə açacaq: göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Uğurlu günləriniz 7, 12 avqust, uğursuz gününüz isə 8 avqustdur.

QIZ bürcü


Bu həftə işiniz başınızdan töküləcək: bütün günlər qaça-qaçda olacaqsınız, lakin sonda əziyyətinizin bəhrəsini görəcəksiniz. Siz boynunuzda ilan bəsləmisiniz: bu həftə, təəssüf ki, o, sizi sancacaq, lakin bununla onun kim olduğunu biləcəksiniz və həyatınızdan siləcəksiniz. Sizin saflığınızdan istifadə edirlər, qılığınıza girib sizi “yeyirlər”: artıq kimin dost, kimin istifadəçi olduğunu ayırmaq vaxtıdır. Həftəsonu sizin bir addımınız həyatınızı 180 dərəcə dəyişəcək: intuisiyanıza güvənin. Uğurlu günləriniz 9, 12 avqust, uğursuz gününüz isə 10 avqustdur.

TƏRƏZİ bürcü


Bu həftə gündəlik işinizdən sıxıla bilərsiniz: belə bir vəziyyətdə həyatınıza yeniliklər gətirmək üçün digər şəhərə və ya ölkəyə səfər edin. Səfər zamanı gələcəyinizə təsir edəcək insanlarla tanış olacaqsınız: bu, bizneslə və ya sevgi ilə bağlı ola bilər. Riskli işlərlə məşğul olmaq məsləhət görülmür: problemlə dolu bataqlığa girəcəksiniz və oradan çıxmaq çox çətin olacaq. Subayların üzü güləcək, çünki bu həftə xoşbəxtliyi əllərindən heç kəs ala bilməyəcək: avqustun 13-dən sonra sürprizlər gözləyin. Uğurlu günləriniz 11, 13 avqust, uğursuz gününüz isə 8 avqustdur.

ƏQRƏB bürcü


Bu həftə balışınızın altında gizlətdiyiniz iki-üç manatı çıxarmalı olacaqsınız: sizə biznes qurmaq təklifi gələ bilər və ya investiya yatırmaq üçün vəsait lazım olacaq. Varlı həyat uzaqlarda deyil, sadəcə ağıllı addımlar etsəniz, milyonçu da ola bilərsiniz. Gənc ailələri xoş xəbərlər gözləyir: bu maddi və ya mənəvi, hətta dünyaya gələcək bir mələyin xəbəri ola bilər. Qapıları bərk-bərk bağlayın: sizi illərdir axtarmayan qohumlar evinizə tökülüşəcəklər. Uğurlu günləriniz 7, 8 avqust, uğursuz gününüz isə 12 avqustdur.

OXATAN bürcü


Bu həftə zəhmətiniz dəyərləndiriləcək: karyeranızda əlverişli nəticələr olacaq. Həyatdakı məqsədlərinizi nəzərdən keçirməyin vaxtıdır: əlçatmaz və artıq maraq kəsb etməyən işləri bir kənara qoyub özünüz üçün yeni planlar qurun. Cümə axşamından sonra sizə cəlbedici təklif gələcək. İşdə və şəxsi həyatınızda hər şey sizin xeyrinizə olacaq. Həyatın harmoniyasını və xoşbəxtliyi hiss edəcəksiniz. Bürcün qısqanc nümayəndələri sevgililəri ilə problemlər yaşaya bilərlər. Uğurlu günləriniz 10, 13 avqust, uğursuz gününüz isə 11 avqustdur.

OĞLAQ bürcü


Bu həftə sizə cəlbedici təklif gələcək: razılaşmazdan əvvəl peşəkarlardan məsləhət alın. Sirlərinizi heç kimə deməyin, əks halda dedi-qodu obyektinə çevrilmək riskiniz yaranacaq. Bəzi insanlar olacaq ki, sizin kefinizi pozacaqlar: boş-boş danışacaqlar, lazımsız məsləhətlər verəcəklər, sizi özünüzdən çıxaracaqlar. Şənbə günü varlı olmaq üçün daha bir addım atacaqsınız, çünki rəhbərlik sizin əziyyətinizi, peşəkarlığınızı dəyərləndirəcək və yeni vəzifə verəcək. Uğurlu günləriniz 7, 8 avqust, uğursuz gününüz isə 10 avqustdur.

DOLÇA bürcü


Bu həftə Dolça hamını özünə aşiq edəcək, lakin sonda çoxlarının ürəyini qıracaq. Sizə qarşı aşırı diqqət göstəriləcək: bu, karyerada uğur, xarici görünüş və eşq macəraları ilə bağlı olacaq. Subaylar toya hazırlaşsınlar, axır ki, bəxtiniz açılır: ulduzlar sizə elə bir insanı seçib ki, onu görənin ağzı açıq qalır. Ümumiyyətlə, həyat daim sizi sınayır və bu sınaqlardan uğurla keçənləri sonda mütləq mükafatlandırır. Həftəsonu xərclər arta bilər, odur ki, çalışın, lazımsız alış-verişlərə son qoyasınız. Uğurlu günləriniz 11, 12 avqust, uğursuz gününüz isə 9 avqustdur.

BALIQLAR bürcü


Həftə uğursuz başlaya bilər: planlarınız istədiyiniz kimi getməyəcək. Lakin həftəsonu problemlər rahatlıqla həll olunacaq. Dostluq pərdəsi açılacaq və sizə etiraf gələcək: “Yox” dəsəniz, çox şey itirə bilərsiniz, qarşılıq versəniz, xoşbəxt olmağa doğru vacib addım atmış olacaqsınız. Həyatın sakit, maraqsız keçdiyini düşünən Balıqlar dəyişiklik etmək istəyəcəklər. Ən maraqlı və rəngarəng günlər elə bundan sonra başlayacaq. Həftəsonu elə hədiyyə alacaqsınız ki, xoşbəxtlikdən göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Uğurlu günləriniz 9, 13 avqust, uğursuz gününüz isə 8 avqustdur.

Son xəbərlər

Xəbər
Bu gün, 09:59

Böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Oxşar xəbərlər