top
16 yaşlı Nəzrin danışdı: “Zorla qaçırılmamışam - Sevib getmişəm” - TƏFƏRRÜAT
21 iyun 2025, 05:22
- ↺ +

16 yaşlı Nəzrin danışdı: “Zorla qaçırılmamışam - Sevib getmişəm” - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirovdur. Məsələ ilə bağlı Nəzrinin atası Emin Babayevin və qızın özünün verdiyi açıqlamalar isə bir-birini təkzib edir.

Emin Babayev bildirib ki, qızı zorla qaçırılıb. Onun sözlərinə görə, 16 yaşlı məktəbli Nəzrin heç bir iradəsi olmadan, Turab Tahirov tərəfindən aldadılaraq, ailəsindən uzaqlaşdırılıb:

“Bu hadisə ailəmizə ağır zərbə vurdu. Qızımın uşaqlıqdan tanıdığı, ona dini dəyərlər adı altında yaxınlaşan bir adam tərəfindən aparılması həm mənəvi, həm də hüquqi baxımdan qəbuledilməzdir. Nəzrin 16 yaşındadır. Hələ təhsili davam edir. O, gələcəyindən xəbərsiz bir qızdır. Turab onu zorla aparıb”.

Den.az-a məlumat verən Turab Tahirovun yaxınları bildiriblər ki, hadisədən sonra Nəzrin polisə ifadə verib.

Belə ki, Nəzrin Babayeva tam fərqli məqamları qeyd edib. Qızın dediyinə görə, o, Turab Tahirovu sevir və onunla birgə olmağı öz istəyi ilə seçib:

“Heç kim məni zorla qaçırmayıb. Öz istəyimlə Turabla getmişəm. Onu sevirəm və birlikdə ailə qurmaq istəyirik. Atamın dedikləri ilə razı deyiləm. Bu, mənim şəxsi qərarımdır”.

Hüquqşünasların fikrincə, burada əsas məsələ Nəzrinin yaşının 18-dən aşağı olmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslə hər hansı nikah münasibətinin və ya birlikdə yaşamağın hüquqi və cinayət məsuliyyəti doğurması mümkündür.

Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır. Həm qızın, həm də onun ailəsinin ifadələri, eləcə də Turab Tahirovun rolu istintaq çərçivəsində dəyərləndirilir.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
29 oktyabr 2026, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
29 oktyabr 2026, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
29 oktyabr 2026, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
29 oktyabr 2026, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
29 oktyabr 2026, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
29 oktyabr 2026, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
29 oktyabr 2026, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Oxşar xəbərlər