Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli tam orta məktəb alternativ enerjidən istifadə edir. Bu haqda bu gün 15 fevral tarixində Bakuplus.az ARB24-ə istinadən xəbər verir.
10 ildən çoxdur təhsil müəssisəsində günəşdən enerji alınaraq 8 sinif və 1 koridor isidilir. Bu günə qədər panellərdə heç bir problem olmayıb. Bundan əlavə, artıq qalan enerji “Azərenerji”yə satılır.
Hazırda pilot layihə kimi paytaxtın 5 məktəbi alternativ enerjidən istifadə edir.
[caption id="attachment_33617" align="alignnone" width="800"]
Foto ARB TV[/caption]