Səbail rayonu, 20-ci sahə yaşayış massivində iməcilik keçirilib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Söhbət rayonun Arif İsmayılov küçəsindən gedir. Vətəndaşların müraciətləri əsasında ərazidə abadlıq işləri aparılıb, tullantılar təmizlənib. Təsərrüfat birliyinin əməkdaşları tərəfindən aparılan iməcilik çərçivəsində ərazidəki quru otlar yığışdırılıb.
Abadlıq-təmizlik işləri davam edir.
[caption id="attachment_129289" align="alignnone" width="640"]
Foto Səbail rayon İcra Hakimiyyəti[/caption]