8 Noyabr prospektində təmir işləri davam edir. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Əsaslı təmir işləri prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində aparılır. Hazırda ərazidə köhnə səki daşlarının söküntüsü işləri aparılır.
Təmir işləri aparılan ərazidə hərəkət qismən məhdudlaşdırılıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.