Ötən həftə Binəqədidə baş vermiş insidentlə bağlı Ağadadaş Ağayev videopaylaşım edib. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az məlumat verir.
O, yayılan videogörüntülərin tam şəkildə reallığı əks etdirmədiyini deyərək hadisəyə öz münasibətini bildirib.
“Öncə bir Xalq artisti, xalqa örnək olan bir şəxs kimi, hər hansı səbəbdən olursa, olsun, fərq etməz, etdiyim bu yanlış hərəkətin fərqindəyəm. Təəssüf hissi ilə dövlətimdən və xalqımdan üzr istəyirəm”, - Ağayev söyləyib.