Bu gün, 13 iyul tarixində Abşeron Milli Parkında "Yarat – Tullantını azalt" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunub. Bu haqda Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
Sərgidə nümayiş etdirilən işlər məişət tullantılarından düzəldilib.
Tədbir ETSN-in təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, "EkoSfera" Sosial Ekoloji Mərkəzin və "Forest school Azerbaijan"ın dəstəyi ilə keçirilir.