Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru abituriyentlərlə görüş keçirəcək. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
ADİU-nun rektoru professor Ədalət Muradov və abituriyentlər arasında görüş keçiriləcək. Burada onlar universitetin təhsil imkanları və ixtisas seçimi ilə bağlı sualları birbaşa rektora ünvanlaya biləcəklər.
Tədbir 5 iyul saat 15:00-da ADİU-nun əsas tədris binası, İstiqlaliyyət küçəsi 6 ünvanında baş tutacaq. Əlavə məlumat üçün əlaqə nömrəsi: 492-60-43.